Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.04.2025 | 13:12 | Baxılıb: 1813
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov cəzalandırılıb.

“omrum.az” xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna səbəb A.Abbasovun Misli Premyer Liqasının 13-cü turunda “Sumqayıt”la keçirilən matçda rəqib baş məşqçi ilə mübahisə etməsi olub. 

Belə ki, oyunun 88-ci dəqiqəsində o, rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə birbaşa qırmızı vərəqə alıb. Buna görə çalışdırıcı 1 oyun oyun cəzalanıb və 2000 min manat cərimə edilib. 

“Sumqayıt” baş məşqçisi Saşa İliç də cəzasız qalmayıb. O, rəqib komandanın texniki zonasına qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalandığı üçün 4 oyunluq diskvalifikasiya edilib. “Sumqayıt” isə 10 000 manat cərimə olunub. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.