Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.05.2025 | 10:54 | Baxılıb: 4134
Bu gün səhər saatlarında Bakı-Sumqayıt magistralınınn Abşeron rayonundan keçən hissəsində yol qəzası baş verib.

“omrum.az” xəbər verir ki, yağışlı hava şəraitində yük maşını idarəetmədən çıxaraq metal arakəsmələrə çırpılıb.

Nəticədə avtomobil yararsız hala düşüb, kuzadakı yükün bir hissəsi yola tökülüb, eləcə də metal arakəsmələr dağılıb və yolun ortasındakı işıq dirəyi sınaraq təhlükəli vəziyyət yaradıb.

Ərazidən keçən sürücülərin və polis əməkdaşlarının köməyi ilə yolun açılması təmin edilib.

Görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.