Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.07.2025 | 21:10 | Baxılıb: 1160
Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.

“omrum.az” xəbər verir ki, hadisə rayonun Çinarlı kəndində Yusif Məmmədova məxsus fərdi yaşayış evində qeydə alınıb.

 Əraziyə dərhal yanğından mühafizə bölməsinin texnikaları və canlı qüvvəsi cəlb olunub, alovun qarşısı qısa müddətdə alınıb.

Yanğın nəticəsində ümumi sahəsi 135 kvadratmetr olan birmərtəbəli, 4 otaqlı yaşayış evi tamamilə yanaraq yararsız hala düşüb.

Eyni zamanda yaxınlıqda yerləşən sahəsi 143 kvadratmetr olan birmərtəbəli, 5 otaqlı evin dam örtüyünün yanar hissələri 3 kvadratmetr ərazidə zədələnib, bir pəncərə çərçivəsi yanıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.