Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.10.2025 | 15:38 | Baxılıb: 1846
Sosial şəbəkədə paylaşım edən valideyn övladına xarici, xüsusilə İran nömrələri vasitəsilə yazaraq narkotik maddə təklif edən şəxslərin olduğunu bildirib.

“omrum.az” xəbər verir ki, valideyn digər vətəndaşları diqqətli olmağa çağıraraq, xüsusilə yeniyetmələrin və həssas kəsimə mənsub insanların narkotik alverçilərinin tələsinə düşə biləcəyini vurğulayıb.

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi dəfələrlə vətəndaşlara müraciət edib. Aparılan araşdırmalar göstərir ki, bu kimi xarici nömrələr, saxta hesablar və bəzi sosial media kanalları müəyyən xarici dairələrdən idarə olunur.

Narkotik şəbəkələri bu vasitə ilə əsasən narkotik aludəçilərini əməkdaşlığa cəlb edir, onların asılılığından istifadə edərək narkokuryer fəaliyyətinə yönəldirlər.

Vurğulanıb ki, bu səbəbdən hər bir sosial media istifadəçisi, xüsusilə valideynlər diqqətli olmalı, övladlarının onlayn fəaliyyətinə nəzarət etməli və şübhəli hallarla bağlı dərhal aidiyyəti üzrə polisə məlumat verməlidirlər.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.