
“omrum.az” xəbər verir ki, yol-nəqliyyat hadisəsi Ağcabədi şəhəri ərazisində baş verib.
Belə ki, Laçın rayon sakini 1996-cı il təvəllüdlü Bahadur Xanlarov sükanı arxasında olduğu “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarındakı həyətin dəmir darvazasına çırpılıb. Nəticədə o, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı

