Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.14.2025 | 16:12 | Baxılıb: 2839
Fransa millisinin ulduz futbolçusu Kilian Mbappe Azərbaycan yığmasına qarşı DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək matçda meydana çıxmayacaq.

“omrum.az” xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, futbolçunun sağ topuğunda narahatlıq var və bu səbəbdən Bakıya gəlməyəcək.

Mbappedən başqa Manu Kone və Eduardo Kamavinqa da bu görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, Azərbaycan - Fransa oyunu noyabrın 16-sı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Matç saat 21:00-da başlayacaq. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.