Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.10.2025 | 23:08 | Baxılıb: 1375
Neftçala şəhəri ərazisində yerləşən bazarda yanğın olub.

“omrum.az"in xəbərinə görə, axşam saat 20 radələrində bazar ərazisində yerləşən və ümumi sahəsi 300 kvadratmetr olan 3 mağazada yanğın başlayıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülüb və yanğın söndürülüb.

Hadisə nəticəsində ümumilikdə 100 kvadratmetr sahə yanıb, 200 kvadratmetr sahə isə mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.