Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.06.2025 | 11:20 | Baxılıb: 1312
Bakıda qadına qarşı xuliqanlıq hərəkətləri etmiş moped sürücüsü həbs edilib.

“omrum.az” xəbər verir ki, hadisə Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində - metronun “Memar Əcəmi” stansiyası yaxınlığında baş verib.

Şəhla Əliyeva (adlar şərtidir) polisə müraciət edərək tanımadığı moped sürücüsünün küçədə ona qarşı xuliqanlıq hərəkətləri etdiyini bildirib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, həmin şəxs Masallı rayon sakini 2004-cü il təvəllüdlü Rasim Ələkbərovdur. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Moped sürücüsünün sözlərinə görə, dar küçədən keçərkən qarşılaşdığı xanım piyada ona irad bildirib. Bu zaman aralarında münaqişə baş verib və o, qadını itələyərək qaçıb. Hadisə zamanı moped xarab olduğundan R.Ələkbərov nəqliyyat vasitəsini elə oradaca qoyaraq uzaqlaşıb.

Barəsində inzibati protokol tərtib edilən 21 yaşlı oğlan Nəsimi Rayon Məhkəməsinə göndərilib və müvafiq qərarla 10 sutkalıq inzibati həbs edilib.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.