Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.12.2025 | 11:00 | Baxılıb: 3620
Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarənin Gürcüstanda qəzaya uğraması nəticəsində həlak olan hərbçilərdən biri də 37 yaşlı Emrah Kurandır.

“omrum.az"in məlumatına görə, Türkiyə KİV-də baş gizirin ailəsinə onun şəhid olduğu xəbərinin verildiyi anın videosu yayılıb.

Atasına onun şəhid xəbəri belə verilib: “Osman əmi, sən artıq şəhid atasısan...”

Qeyd edək ki, E.Kuran evli idi, 3 övladı qalıb.

Xatırladaq ki, ötən gün Gürcüstanda Türkiyə SQ-yə məxsus C-130 hərbi yük təyyarəsi qəzaya düşüb. Təyyarənin göyərtəsindəki 20 hərbçinin hamısı həlak olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.