Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.10.2025 | 13:57 | Baxılıb: 1475
Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.

“omrum.az” xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun, Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, toy karvanında olan “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alaraq Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.