Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.08.2025 | 09:38 | Baxılıb: 1942
Vətən müharibəsi şəhidi baş leytenant Röyal Ələkbərovun atası Fərmayıl Ələkbərov vəfat edib.

“omrum.az” xəbər verir ki, F. Ələkbərov uzunsürən xəstəlikdən sonra dünən dünyasını dəyişib.

Qeyd edək ki, şəhid 1994-cü il təvəllüdlü Röyal Ələkbərov ali hərbi təhsil alıb, Orduda tağım və daha sonra bölük komandiri kimi xidmət edib.

O, 16 oktyabr 2020-ci ildə Cəbrayıl rayon istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və İkinci Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.