Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “omrum.az”ya bildirlib ki, çağırış əsasında ilkin olaraq 7 təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.
Xatırladaq ki, bu gün səhər saatlarında Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
TƏBİB-dən bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 6 nəfər (kişi) tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub:
“Onlar zəruri tibbi yardım göstərildikdən sonra amulator müalicə üçün evə buraxılıblar. 1 nəfərə sağ əlin yanığı, 1 nəfərə isə özünü pis hiss etməsi səbəbi ilə yerində tibbi yardım göstərilib”.