Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.10.2025 | 10:20 | Baxılıb: 2098
Lerikdə ölümlə nəticələnən yol qəzası baş verib.

“omrum.az” xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Dico kəndində qeydə alınıb.

Belə ki, Tikaband kənd sakini Akif Ağacanov idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsini yol kənarında saxlayıb. O, maşından düşdükdən sonra minik avtomobili qəfildən hərəkət edərək dərəyə aşıb.

Qəza nəticəsində maşında sərnişin qismində olan sürücünün bacısı 1973-cü il təvəllüdlü Yeganə Ağacanova hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.