Bu Şərtlər (bundan sonra Şərtlər) Saytın xidmətlərindən istifadəni tənzimləyir. Saytdan istifadə etməklə Siz bu Şərtlərlə razılaşmış olursunuz.
1. İstifadəçi Məsuliyyəti
1.1. Saytda qeydiyyatdan keçən, söhbət edən, online oyunlar oynayan, anketinə şəkil əlavə edən və ya hər hansı bir məzmun paylaşan bütün istifadəçilər bu fəaliyyətlərə görə tamamilə özləri məsuliyyət daşıyırlar.
1.2. İstifadəçinin paylaşdığı məlumat, şəkil və ya istənilən digər məzmun onun şəxsi iradəsinin ifadəsidir və Sayt rəhbərliyi ilə hər hansı bir əlaqəsi yoxdur.
1.3. Kiminsə haqqında paylaşılmış məlumatlar belə, tamamilə paylaşan istifadəçinin məsuliyyətindədir. Sayt və Sayt rəhbərliyi, istifadəçilərin paylaşdığı məzmunun qanuniliyindən, doğruluğundan və ya hər hansı bir üçüncü tərəfin hüquqlarını pozmasından heç bir məsuliyyət daşımır.
1.4. İstifadəçilər Azərbaycan Respublikasının qanunvericiliyinə, beynəlxalq hüquq normalarına və etik normalara riayət etməklə öhdəlik götürürlər.
2. Saytın və Rəhbərliyin Məsuliyyətdən İmtinası
2.1. Sayt xidmətləri (chat, oyunlar, SMS paylaşım və s.) "olduğu kimi" təqdim edilir. Sayt, xidmətlərin fasiləsizliyini, səhvsizliyini və ya hər hansı bir nəticənin əldə olunmasına zəmanət vermir.
2.2. İstifadəçilər tərəfindən Sayt vasitəsilə qurulan münasibətlərə, verilən qərarlara və ya atılan addımlara görə Sayt rəhbərliyi məsuliyyət daşımır.
3. Online Oyunlar və Qumar Qadağası
3.1. Saytda mövcud olan bütün online oyunlar (məsələn, Domino oyunu) yalnız əyləncə məqsədi daşıyır.
3.2. Bu oyunların heç biri qumar və ya mərc oyunları ilə əlaqəli deyildir və hər hansı bir pul və ya dəyərli əşya qarşılığında oynanılmır.
3.3. Sayt rəhbərliyi Azərbaycan Respublikasının qanun və qaydalarına əsaslanaraq, Saytda yayımlanan heç bir oyunun mərc oyunu olmadığını bəyan edir.
3.4. Qumar fəaliyyətinə cəhd edən istifadəçilər dərhal Saytdan kənarlaşdırılacaqlar.
4. Şərtlərə Dəyişikliklər
4.1. Sayt rəhbərliyi bu Şərtləri istənilən zaman birtərəfli qaydada dəyişdirmək hüququnu özündə saxlayır. Dəyişikliklər Saytda dərc olunduğu andan qüvvəyə minir. İstifadəçinin dəyişikliklərdən sonra Saytdan istifadə etməsi, onun yeni Şərtləri qəbul etməsi deməkdir.
---