
“omrum.az” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Nəşrin sorğusuna əsasən, hazırda Takaiçi kabinetinin fəaliyyətini yaponların 69,6%-i dəstəkləyir.
Bildirilib ki, bu, bir ay ərzində 5% artım deməkdir. Sorğuda iştirak edənlərin 60,4%-i müdafiə xərclərinin artırılmasını dəstəklədiyini, 34,7%-nin isə bu ideyaya qarşı olduğu qeyd olunub.
Sorğu həftəsonu keçirilib, iştirakçıların sayı və digər detallarla bağlı məlumat açıqlanmayıb.