“omrum.az"in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, Nazim Quliyev hədə-qorxu ilə tələb etməkdə və dələduzluqda təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.
Quliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Onun üzərinə həbs qoyulmuş evi də ziyanın ödənilməsinə sərf edilməsi üçün müsadirə edilib.
Qeyd edək ki, N.Quliyev 2009-cu ildə rüşvət almaqda, hədə-qorxu ilə tələb etməkdə və digər cinayət əməllərində təqsirli bilinərək 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib, 11 il sonra - 2020-ci ildə azadlığa buraxılıb. O, ötən ilin aprelində vətəndaş şikayətləri əsasında BMCMİ-əməkdaşları tərəfindən yenidən cinayət məsuliyyətinə cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.
Sail Ağasəlim