Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
13-cü mərtəbədəki balkondan qonşu evinə girib oğurluq etdi
 
						13-cü mərtəbədəki balkondan qonşu evinə girib oğurluq etdi
Əlavə olunub: 06.13.2025 | 13:51 | Baxılıb: 1965
9-12 iyun tarixlərində Abşeron rayonunun Saray qəsəbəsində yerləşən “Saray MTK” yaşayış kompleksindəki mənzillərin birindən 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

“omrum.az” xəbər verir ki, hadisə 13-cü mərtəbədə yerləşən mənzildə qeydə alınıb.

Polis tərəfindən keçirilən tədbirlərlə oğurluğun qonşu tərəfindən törədildiyi müəyyən olunub və o saxlanılıb.

Məlum olub ki, 32 yaşlı Teymur Əliyev həmin mənzilə balkon vasitəsilə daxil olaraq oğurluq edib və hadisə yerindən izi itirməyə çalışıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.