Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“1300 nəfər də tezliklə azad olunacaq” - Tramp
 
						“1300 nəfər də tezliklə azad olunacaq” 
							 - Tramp
Əlavə olunub: 08.17.2025 | 20:16 | Baxılıb: 4066
“Belarus hakimiyyəti yaxın vaxtlarda daha 1300 məhbusu azad edəcək”.

“omrum.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb. 

Ağ Ev rəhbəri buna ümid etdiyini söyləyib. 

“Belarusa və onun güclü liderinə təşəkkür edirəm. Ümid edirəm ki, 1300 nəfər də tezliklə azad olunacaq!”,– deyə ABŞ lideri bildirib.

Xatırladaq ki, avqustun 15-də Belarus Prezidenti Aleksandr Lukaşenko və Ağ Ev rəhbəri arasında telefon danışığı olub.

Onlar regional mövzularla yanaşı, Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.