Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
14 yaşlı oğlanı idman müəllimi döyüb? - 4 nəfər saxlanıldı
 
						14 yaşlı oğlanı idman müəllimi döyüb? 
							 - 4 nəfər saxlanıldı
Əlavə olunub: 03.08.2025 | 09:01 | Baxılıb: 4868
Şəmkir rayonunda idman müəllimi kimi fəaliyyət göstərən Orxan Məmmədovun 14 yaşlı tələbəsinə zorakılıq edərkən tutulduğu və döyülərək xəstəxanalıq olduğu iddia olunur.

“omrum.az” xəbər verir ki, bu barədə Oxu.az-a məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, müvafiq ekspertiza təyin olunub.

“O.Məmmədova müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - deyə məlumatda bildirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.