
“omrum.az” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı Yaponiyanın “Kyodo” agentliyinə müsahibəsində bildirib.
“Nüvə sazişi çərçivəsində biz uranı 3,67%-ə qədər zənginləşdirməyə razılaşmışdıq, lakin bu, yalnız 15 il müddətinə idi, həmişəlik yox. Həmişəlik prinsipi ilə tanımağa hazır olduğumuz yeganə şey İranın nüvə silahı yaratmayacağı barədə öhdəliyidir”, – deyə nazir vurğulayıb.