Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
15 yaşlı şagird məktəbin 3-cü mərtəbəsindən yıxıldı - Yenilənib
 
						15 yaşlı şagird məktəbin 3-cü mərtəbəsindən yıxıldı 
							 - Yenilənib
Əlavə olunub: 06.03.2025 | 14:19 | Baxılıb: 5506
Bərdə rayonunda yeniyetmə qız məktəbdə xəsarət alıb.

“omrum.az” xəbər verir ki, hadisə iyunun 2-si saat 12 radələrində Bərdə şəhərində 5 saylı tam orta məktəbdə baş verib.

Həmin məktəbdə təhsil alan Qaradağlı kənd sakini 2010-cu il təvəllüdlü Z. Şıxıyeva (şərti) 3-cü mərtəbədə yerləşən sinif otağının pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş Z. Şıxıyevanın vəziyyəti qənaətbəxşdir.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

TƏBİB-dən “omrum.az"in sorğusuna cavab olaraq bildirilib ki, 2010-cu il təvəllüdlü şəxs (qadın cinsli) iyunun 2-si saat 12:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

İlkin tibbi yardım göstərilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.

Qapalı fəqərə onurğa beynin travması, L1-fəqərəsinin fəsadlaşmamış sınığı diaqnozları təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

***

Qarabağ Regional Təhsil İdarəsinin yaydığı məlumata görə, hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım çağrılıb, şagird tibb müəssisəsinə aparılıb.

“Məktəbliyə tibb müəssisəsində müvafiq tibbi yardım göstərilir. Məktəbin direktoru tibb məntəqəsində şagirdə baş çəkib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, hazırda araşdırma aparılır. 

Uşaqların yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq, ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etmələrini xahiş edirik”, - deyə məlumatda qeyd olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.