Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
16 minlik oğurluq edən şəxs tutuldu
 
						16 minlik oğurluq edən şəxs tutuldu
Əlavə olunub: 03.25.2025 | 15:16 | Baxılıb: 2948
Xaçmazda oğurluqda şübhəli bilinən şəxs tutulub.

“omrum.az” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polisə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayondakı evlərin birindən və mağazadan oğurluq etməkdə şübhəli bilinən Nurağa İsgəndərov saxlanılıb.

Həmin şəxsin məişət əşyaları, təmir alətləri, tütün məmulatları və pul oğurlaması, zərərçəkmişlərə ümumilikdə 16 min manat məbləğində ziyan vurması məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.İsgəndərovun barəsində həbs qətimkan tədbiri seçilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.