Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
16 yaşlı oğlan bıçaqlandı - 2 nəfər saxlanıldı
 
						16 yaşlı oğlan bıçaqlandı 
							 - 2 nəfər saxlanıldı
Əlavə olunub: 02.22.2025 | 10:30 | Baxılıb: 3468
Ağsuda bıçaqlanma hadisəsi baş verib.

“omrum.az” xəbər verir ki, hadisə fevralın 21-i saat 22 radələrində şəhər ərazisində qeydə alınıb. 

Belə ki, şəhər sakini 2009-cu il təvəllüdlü M. Əliyevin qol və qarın nahiyəsinə bıçaqla xəsarət yetirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən Rüfət İbrahimov və bir  yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.