Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
16 yaşlı qızı öldürüb Kürə atdılar - 21 yaşlı sevgilisi saxlanıldı
 
						16 yaşlı qızı öldürüb Kürə atdılar 
							 - 21 yaşlı sevgilisi saxlanıldı
Əlavə olunub: 05.20.2025 | 16:11 | Baxılıb: 7992
Sabirabadda qətl hadisəsi baş verib.

“omrum.az” xəbər verir ki, hadisə rayonun Güdəcühür kəndində qeydə alınıb.

Şirvan şəhər sakini 16 yaşlı qız bıçaqlanaraq qətlə yetirilib. Onun meyiti daha sonra Kür çayına atılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Güdəcühür kənd sakini 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu polisin keçirdiyi tədbirlərlə saxlanılıb.

Onun 16 yaşlı qızla bir müddətdir qeyri-rəsmi nikahda yaşadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Axtarış-xilasetmə əməliyyatı çərçivəsində 16 yaşlı qızın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.