Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
17 yaşlı oğlan özünü 15-ci mərtəbədən atdı - Foto
 
						17 yaşlı oğlan özünü 15-ci mərtəbədən atdı 
							 - Foto
Əlavə olunub: 03.10.2025 | 15:33 | Baxılıb: 7622
Martın 9-u gecə saatlarında Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

“omrum.az” xəbər verir ki, hadisə saat 02 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Kristal Abşeron” yaşayış kompleksində qeydə alınıb.

Belə ki, Corat qəsəbə sakini 2008-ci il təvəllüdlü Qadir Məmmədov binanın 15-ci mərtəbəsindəki eyvandan özünü atıb. O, hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Mərhumun qohumu Oxu.az-a açıqlamasında Qadirin idmanla məşğul olduğunu və hadisə vaxtı yanında başqa şəxslərin olduğunu deyib. O bildirib ki, hadisənin şantajla bağlı olması ehtimal edilir: “Qadir özünü atmamışdan əvvəl anasına zəng edərək halallaşıb”​.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.