Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
18-ci sanksiyalar paketini dəstəkləməyəcəyini açıqladı
 
						18-ci sanksiyalar paketini dəstəkləməyəcəyini açıqladı
Əlavə olunub: 06.11.2025 | 01:33 | Baxılıb: 1440
Slovakiya Aİ-nin Rusiyaya qarşı qarşıdan gələn sanksiyalar paketini dəstəkləməyəcək.

“omrum.az” xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso sosial şəbəkə hesabında yazıb.

“Avropa İttifaqı Slovakiyanın düşəcəyi böhranlı vəziyyətin real həllini təqdim etməsə, Slovakiya Rusiya Federasiyasına qarşı qarşıdan gələn 18-ci sanksiyalar paketini dəstəkləməyəcək”, - o qeyd edib.

Fitso bildirib ki, Slovakiya üçün böhran vəziyyəti respublika Rusiyadan qaz, neft və nüvə yanacağı tədarükünü tamamilə kəsərsə yaranacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.