Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
18 yaşlı oğlan süni göldə boğuldu
 
						18 yaşlı oğlan süni göldə boğuldu
Əlavə olunub: 08.19.2025 | 12:59 | Baxılıb: 1682
Lənkəran sakini suda boğularaq  ölüb.

“omrum.az"in məlumatına görə, bədbəxt hadisə səhər saatlarında rayonun Tükəvilə kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü kənd sakini Tohid Ələsgərov ehtiyatsızlıqdan süni gölə düşüb. Suyun səviyyəsi hündür olduğundan o, göldə boğularaq ölüb.

Onun meyiti adiyyəti qurumlar tərəfindən sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.