“omrum.az” xəbər verir ki, hadisə çimərlik ərazisində qeydə alınıb.
2006-cı il təvəllüdlü Cavid Tapdıqovun həyatını xilas etmək mümkün olmayıb.
***
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 5 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.