Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
2 və 3 yaşlı qızlar xəstəxanalıq oldu
 
						2 və 3 yaşlı qızlar xəstəxanalıq oldu
Əlavə olunub: 07.07.2025 | 11:24 | Baxılıb: 1302
Bakıda 2 yaşlı uşaq ehtiyatsızlıqdan siçan dərmanı içib.

“omrum.az” xəbər verir ki, hadisə iyulun 6-sı saat 18 radələrində Qaradağ rayonu Sanqaçal qəsəbəsində baş verib. Qəsəbə sakini 2023-cü il təvəllüdlü A.Poladova evdə ehtiyatsızlıqdan siçan dərmanı içib. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Oxşar hadisə dünən saat 20 radələrində Salyanda da baş verib. 2022-ci il təvəllüdlü N.Qurbanova yaşadığı Noxudlu kəndindəki evdən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib, vəziyyəti ağırdır. Onun da ehtiyatsızlıqdan kimyəvi məhlul içdiyi bildirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.