Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
22 yaşlı tələbə dəm qazının qurbanı oldu
 
						22 yaşlı tələbə dəm qazının qurbanı oldu
Əlavə olunub: 03.29.2025 | 13:58 | Baxılıb: 3219
Naxçıvanda bədbəxt hadisə baş verib.

“omrum.az” “Nuhçıxan”a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhəri 28 may küçəsində qeydə alınıb.

Laçın rayon sakini 2003-cü il təvəllüdlü Verdiyev Toğrul Vidadi oğlu kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Qeyd edək ki, o, Naxçıvan Müəllimlər İnstitutunun 1-ci kurs magistr tələbəsi idi.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.