“omrum.az” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Astarada keçirilən növbəti əməliyyat zamanı 1979-cu il təvəllüdlü Mənsur Ağayev tutulub. Ondan 23 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
M.Ağayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.