“omrum.az” xəbər verir ki, bu barədə klub məlumat yayıb.
“Zorya” Futbol Klubu futbolçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Hamımız onu peşəkar, mehriban və yaxşı bir insan kimi xatırlayacağıq”, - deyə komandanın məlumatında bildirilir.
Klubun yarımmüdafiəçisinin ölümünün səbəbi açıqlanmayıb.
Qeyd edək ki, “Sport” portalı avqustun 6-da futbolçunun topuğundakı zədənin sağaldığını, ümumi qrup məşqlərinə qayıtdığını yazıb.
Xatırladaq ki, Volodimir Belotserkovetsin Xarkovun “Metallist” klubunun yetirməsi olub. O, “İnqulets”də də çıxış edib.