Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
29 yaşlı qadın külli miqdarda narkotiklə tutuldu - Video
 
						29 yaşlı qadın külli miqdarda narkotiklə tutuldu 
							 - Video
Əlavə olunub: 06.03.2025 | 16:20 | Baxılıb: 2458
Abşeron rayonunda külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

“omrum.az” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron RPİ-nin Saray Polis Bölməsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı saxlanılan 29 yaşlı Arzu Bayramovanın üzərindən 3 kiloqramdan çox marixuana aşkarlanıb.

Şübhəli şəxs ifadəsində sosial şəbəkədə tanış olduğu İran vətəndaşının ona narkotik maddəni ünvanlara çatdırmaq müqabilində yüksək pul vəd etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.