Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
30 yaşlı kişi dərmandan zəhərlənib öldü - Yenilənib
 
						30 yaşlı kişi dərmandan zəhərlənib öldü 
							 - Yenilənib
Əlavə olunub: 06.12.2025 | 10:47 | Baxılıb: 1732
Goranboy rayonunda 30 yaşlı kişi zəhərlənərək ölüb.

“omrum.az” xəbər verir ki, yaşadığı evdə zəhərlənərək xəstəxanaya aparılan Qaradağlı kənd sakini Yavər Ələmdar oğlu İbrahimov göstərilən tibbi yardımlara baxmayaraq, ölüb.

Onun hansı şəraitdə və nədən zəhərlənməsi hələlik məlum deyil.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 01:00 radələrində 1995-ci il təvəllüdlü (kişi cinsli) şəxs zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

Ona digər dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu təyin edilib.

Göstərilən tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 01:04-də radələrində pasiyentin ölüm faktı qeydə alınıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.