“omrum.az” xəbər verir ki, italiyalı “Gazzetta dello Sport”a müsahibəsində bir neçə il də futbol oynamaq niyyətində olduğunu deyib.
“Ən azı 2-3 il daha futbol oynamaq istəyirəm. “Real Madrid” formasını geyinmək ən böyük arzularımdan biridir. Karyeramı isə qardaşım Enokla birlikdə “Vado” klubunda bitirməyi düşünürəm”, - Balotelli bildirib.
Təcrübəli forvard gənclik illərində “Barselona”da keçirdiyi dövrü də xatırlayıb: “O vaxtlar yalnız texnikaya önəm verirdilər-top saxlamaq, ötürmə, taktika isə yox idi. Çox qol vurardıq, oyunlardan zövq alırdım”.
Balotelli həmçinin İtaliya millisində daha çox oynamaq istədiyini, amma buna maneə yaradanların olduğunu deyib:
“Daha çox şansım olsaydı, Riva kimi ola bilərdim. Amma bəzi adamlar məni millidə görmək istəmirdi. İndi bu, keçmişdə qalıb”.
Nihad Əsədov