Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
38 yaşlı sabiq məmur həbsxanada öldü
 
						38 yaşlı sabiq məmur həbsxanada öldü
Əlavə olunub: 05.16.2025 | 09:12 | Baxılıb: 8037
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş vəzifəli şəxsi həbsdə ölüb.

“omrum.az"in əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Şəkidə yerləşən Qarışıq Tipli Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Müəssisədə cəza çəkən Bərdə rayon sakini 38 yaşlı Mustafayev Rauf Abış oğlu vəfat edib. R.Mustafayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 saylı Ərazi Məşğulluq Mərkəzinin sabiq baş mühasibi olub.

İlkin məlumata görə, mərhum anemiyadan əziyyət çəkirmiş.

Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 308 və 179.3.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda mənimsəmə) maddələri ilə təqsirli bilinərək 7 il müddətə həbs edilmişdi. Araşdırmalar zamanı baş mühasibin elektron sistemə saxta məlumatar daxil etməklə 90 min manata yaxın pul mənimsəməsi müəyyən edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.