Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
4 yaşlı uşağa antibiotik vuruldu - Öldü+Yenilənib
 
						4 yaşlı uşağa antibiotik vuruldu 
							 - Öldü+Yenilənib
Əlavə olunub: 03.03.2025 | 08:17 | Baxılıb: 4038
İmişlidə 4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb.

“omrum.az” APA-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Yalavac kəndində qeydə alınıb.

Hərarəti qalxan 4 yaşlı qıza kənd tibb məntəqəsində antibiotik vurulub. İynədən şoka düşən uşaq bir neçə dəqiqə sonra tibb məntəqəsində vəfat edib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “omrum.az"in sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 18:50 radələrində 2021-ci il təvəllüdlü qız İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə bir neçə gün davam edən yüksək hərarət şikayəti ilə hospitalizasiya edilib:

“Azyaşlı xəstəyə hipertermiya diaqnozu təyin olunub, zəruri tibbi yardım göstərilib.  Xəstənin vəziyyəti stabilləşdiyi üçün valideynlərinin istəyilə müalicəsinin Qaradonlu Ailə Sağlamlıq Mərkəzində davam etdirilməsi qərara alınıb.

Azyaşlıya Qaradonlu Ailə Sağlamlıq Mərkəzində tibbi yardım göstərilib. Lakin azyaşlı şok vəziyyətinə düşüb, reanimasiyon yardımın göstərilməsi məqsədilə pasiyent yenidən İmişli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib. Həkimlərin çoxsaylı cəhdlərinə və göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Ölümün bilavasitə səbəbinin dəqiqləşdirilməsi üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (İmişli rayon) təşrih olunması üçün təhvil verilib”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.