Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
41 yaşlı kişi bıçaqlandı, iş yoldaşı saxlanıldı
 
						41 yaşlı kişi bıçaqlandı, iş yoldaşı saxlanıldı
Əlavə olunub: 03.04.2025 | 12:21 | Baxılıb: 2184
Astarada bıçaqlanma hadisəsi baş verib.

“omrum.az” xəbər verir ki, insident səhər saatlarında rayonun Şiyəkəran kəndində qeydə alınıb.

52 yaşlı Elsevər Tağıyev həmkəndlisi 1984-cü il təvəllüdlü Fərrux Axundova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

F.Axundov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Sözügedən şəxslərin iş yerində dava etdikləri bildirilir.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Elsevər Tağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.