Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
53 evin qaz sayğacını oğurlayanlar tutuldu - Foto
 
						53 evin qaz sayğacını oğurlayanlar tutuldu 
							 - Foto
Əlavə olunub: 04.07.2025 | 12:50 | Baxılıb: 2764
Bakı şəhərinin Xəzər və digər rayonlarında silsilə oğurluq hadisəsi qeydə alınıb.

“omrum.az” xəbər verir ki, 53 nəfər zərərçəkən mənzillərindən qaz sayğaclarının talanması barədə polisə müraciət ediblər.

Xəzər RPİ-nin keçirdiyi tədbirlə cinayət törətməkdə şübhəli bilinən Abbas Əliyev və Bayram Hüseynov saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, həmin şəxslər müxtəlif vaxtlarda adətən gecə saatlarında çıxarışı olan evlərdən qaz sayğaclarını oğurlayaraq çıxarışı olmayan mənzillərin sahiblərinə satıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

A.Əliyev və B.Hüseynovun digər analoji cinayətlərdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.