Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
6 ayda qəzalarda 12 moped-motosiklet sürücüsü ölüb - Video
 
						6 ayda qəzalarda 12 moped-motosiklet sürücüsü ölüb 
							 - Video
Əlavə olunub: 07.31.2025 | 12:15 | Baxılıb: 1004
Yollarda aparılan müşahidələr zamanı bəzi moped və motosiklet sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığı qeydə alınıb.

“omrum.az” xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin müraciətində bildirilib.

Vurğulanıb ki, təkcə cari ilin ilk 6 ayı ərzində özlərinin törətdiyi kobud qayda pozuntuları nəticəsində 12 moped və motosiklet sürücüsü həyatını itirib, 23 nəfər isə ağır xəsarət alıb. Eyni zamanda onların törətdikləri qayda pozuntuları səbəbindən təqsiri olmayan 30-dan çox digər hərəkət iştirakçısı ağır xəsarət alıb və ya dünyasını dəyişib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha moped və motosiklet sürücülərini qanunla müəyyən edilmiş qaydalara ciddi əməl etməyə, hərəkət zamanı məsuliyyətli davranaraq nəinki öz, həm də digər insanların həyatını təhlükəyə atmamağa çağırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.