Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.13.2025 | 13:16 | Baxılıb: 1486
Saray qəsəbəsində yerləşən stasionar postunda xidmət aparan YPX əməkdaşları tərəfindən “Mercedes” markalı avtomobilin saxlanılması zamanı aparılan yoxlama nəticəsində yük yerində təxminən 600 kiloqram toyuq əti aşkarlanıb.

“omrum.az” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Araşdırma zamanı məlum olub ki, məhsulun müşayiətedici sənədləri yoxdur, eləcə də qablaşdırma, daşınma və saxlanma qaydaları kobud şəkildə pozulub. Bu isə məhsulun istifadəyə yararlılığına əsaslı şübhə yaradıb.

Aşkarlanmış məhsul Qida Təhlükəsizliyi Agentliyinə təhvil verilib, faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.