Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“6000-in 6000-ə” formatında meyitlərin qaytarılması razılaşdırıldı
 
						“6000-in 6000-ə” formatında meyitlərin qaytarılması razılaşdırıldı
Əlavə olunub: 06.02.2025 | 18:35 | Baxılıb: 2034
İstanbulda keçirilən danışıqların ikinci raundunda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında əsirlərin yeni mübadiləsinə dair razılıq əldə olunub.

“omrum.az” UNİAN-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna nümayəndə heyətinin rəhbəri, ölkənin müdafiə naziri Rustem Umerov məlumat verib.

“Müharibə əsirlərinin azad edilməsi məsələsində biz rəqəmlərə deyil, konkret kateqoriyalara diqqət yetirməyə razılaşdıq. Bütün ağır yaralı və ağır xəstə hərbi əsirləri dəyişməyə razılaşdıq. İkinci kateqoriya 18-25 yaş arası gənc əsgərlərdir. Biz həmçinin “6000-in 6000-ə” formatında hərbi qulluqçuların meyitlərini qaytarmağa razılaşdıq”, - o qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.