Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
83 ağacı kəsənlərə cinayət işi açıldı
 
						83 ağacı kəsənlərə cinayət işi açıldı
Əlavə olunub: 02.27.2025 | 12:05 | Baxılıb: 1887
Xaçmaz rayonunun Qarabağlı kəndinin ərazisində 13 akasiya, 66 söyüd və 4 ədəd çinar ağaclarının qanunsuz kəsilməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan “omrum.az”ya bildirilib ki, keçirilən tədbirlərlə həmin ağacları kəsən 2 nəfər rayon sakini saxlanılıb.

Ekspertiza təyin olunub və təbiətə 21 300 manat dəyərində zərər vurulması müəyyən olunub.

Hazırda faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, zəruri araşdırmalar aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.