Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
ABŞ BCM-in həmin əməkdaşlarına sanksiya tətbiq etdi
 
						ABŞ BCM-in həmin əməkdaşlarına sanksiya tətbiq etdi
Əlavə olunub: 08.20.2025 | 21:15 | Baxılıb: 935
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin dörd yüksək vəzifəli məmuruna qarşı sanksiya tətbiq edib.

“omrum.az” xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin saytındakı bəyanatında deyilir.

Sanksiyalar BCM-in hakimləri Kimberly Prost və Nikolas Qiyu, həmçinin Vaşinqtonun İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə order verməkdə ittiham etdiyi prokuror müavinləri Nazhat Şamim Xan və Mame Mandiaye Nianqı hədəf alıb.

Sanksiyalara adları çəkilən şəxslərin ABŞ-dəki bütün əmlak və aktivlərinin bloklanması, həmçinin Amerika vətəndaşları və şirkətləri tərəfindən onlarla hər hansı sövdələşmənin qadağan edilməsi daxildir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.