Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“ABŞ bununla bağlı hələ qərar verməyib”
 
						“ABŞ bununla bağlı hələ qərar verməyib”
Əlavə olunub: 06.04.2025 | 15:55 | Baxılıb: 813
“ABŞ Ukraynaya hərbi dəstəyin davam etdirilməsinə dair hələ qərar verməyib”.

“omrum.az” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-nin NATO yanında daimi nümayəndəsi Mettyu Uitaker deyib. 

“ABŞ danışıqlara sadiqdir. Dəstəyin davam etdirilməsinə dair hələ heç bir qərar verilməyib. NATO ərazisinin təhlükəsizliyini təmin etməyin ən yaxşı üsulu müdafiə xərclərinə dair planları yerinə yetirməkdir”, - deyə Uitaker bildirib.

Xatırladaq ki, cari il martın əvvəlində Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını açıqlayıb. Bundan bir müddət sonra isə ABŞ Mərkəzi Komandanlığının Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Aleksus Qrinkeviç Vaşinqtonun Kiyevi hərbi yardımla təmin etməyə davam edəcəyini bildirib

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.