Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.12.2025 | 14:00 | Baxılıb: 765
ABŞ-nin şimal-qərbində və Kanadanın qərbində güclü yağışlar daşqınlara səbəb olub.

“omrum.az” xarici mediaya istinadən xəbər verir ki, leysan və daşqın səbəbindən çox sayda yaşayış sahəsi su altında qalıb. 

Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson ştat sakinlərinin əksəriyyətinə təxliyə barədə məlumat göndərildiyini bildirib.

Təxliyə ediləcək sakinlərin sayı açılanmasa da, daşqın zonasında 130 mindən çox sakinin yaşadığı qeyd olunub. 

Məlumata görə, dekabrın 8-dən bu yana ayrı-ayrı bölgələrə 200 mm-ə qədər yağıntı düşüb. Güclü yağışların növbəti günlərdə də davam edəcəyi vurğulanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.