Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
ABŞ-də güclü zəlzələ oldu
 
						ABŞ-də güclü zəlzələ oldu
Əlavə olunub: 05.04.2025 | 09:24 | Baxılıb: 4768
ABŞ-nin Nyu-Meksiko ştatında 5,3 maqnitudada zəlzələ qeydə alınıb.

“omrum.az” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Uayts Siti şəhərindən 57 km cənubda, zəlzələ ocağı 6,3 km dərinlikdə yerləşib.

Həmçinin Texas ştatında da 5,4 maqnitudada zəlzələ baş verib.

Yeraltı təkanlar Odessa şəhərindən 185 kilometr qərbdə qeydə alınıb.

Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.