Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
ABŞ-də qasırğa tüğyan edir - 27 nəfər öldü + Video
 
						ABŞ-də qasırğa tüğyan edir 
							 - 27 nəfər öldü + Video
Əlavə olunub: 05.18.2025 | 09:35 | Baxılıb: 1935
ABŞ-nin bəzi bölgələrində baş verən qasırğa nəticəsində 27 nəfər ölüb.

“omrum.az” “Sky News”a istinadən xəbər verir ki, ölənlərin 25-i Missuri və Kentukki ştatlarının payına düşür.

Məlumata görə, 10 nəfərin vəziyyəti ağırdır.

Təbii fəlakət nəticəsində bir sıra ştatlarda binalar dağılıb. Viskonsin ştatında üz minlərlə insan işıqsız qalıb.

ABŞ Milli Meteoroloji Xidməti fırtına və tornadoların tezliklə Texas, Kanzas və Oklahoma ştatlarına doğru istiqamətlənəcəyi barədə xəbərdarlıq edib.

Qasırğanın gələn həftənin əvvəlinə qədər davam edəcəyi proqnozlaşdırılır.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.