Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.10.2025 | 09:45 | Baxılıb: 1350
ABŞ Senatı hökumətin qismən dayandırılmış fəaliyyətinin bərpasına imkan verəcək qanun layihəsini qəbul edib.

“omrum.az” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Bildirilib ki, sənəd 60 senator tərəfindən dəstəklənib, 40 nəfər isə əleyhinə səs verib. Büdcə layihəsinin qəbul edilməsi üçün isə məhz 60 səs tələb olunur.

Razılaşmaya əsasən, hökmətin maliyyələşməsi yanvarın 30-dək təmin ediləcək. Hazırda layihə Nümayəndələr Palatasına göndəriləcək, daha sonra isə Prezident Donald Tramp tərəfindən imzalanmalıdır.

Prosesin bir neçə gün ərzində başa çatacağı gözlənilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.