Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.28.2025 | 18:15 | Baxılıb: 3613
ABŞ-nin Los-Anceles şəhərində gənc bloqer və müğənni Maria de la Rosa silahlı hücum nəticəsində həyatını itirib. 

“omrum.az” “Los Angeles Times”a istinadən xəbər verir ki, hadisə Nortric qəsəbəsində baş verib.

Bildirilib ki, yerli saatla 01:25 radələrində iki naməlum şəxsin qadının olduğu avtomobilə yaxınlaşdığı görülüb. Aldığı güllə yaraları səbəbindən xəstəxanaya çatdırılan gənc bloqerin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı hələlik heç bir şübhəli saxlanılmayıb. Hücumun motivi məlum deyil.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.